DTX tərəfindən saxlanılan Saleh Səmədovdan xəbər var

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə DTX tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Milli.Az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs Saleh Səmədov ifadə verib. O, özünü qismən təqsirli bildiyini deyib. Növbəti proses iyulun 1-nə təyin olunub. Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Milli.Az