Hacıqabulda açıq ərazidə yanğın - VİDEO - YENİLƏNİB

Hacıqabul rayonunda açıq ərazidə yanğın qeydə alınıb. Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə hadisə barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir. Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib. _________________ Hacıqabul rayonunda açıq sahədə yanğın hadisəsi qeydə alınıb. Milli.Az xəbər verir ki, bu barədə oxu.az -a məlumat daxil olub. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Məlumata görə, hadisə ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb və araşdırma aparılır.