Bu yay məktəblilər üçün ödənişsiz düşərgələr yaradılacaq?
İndiki dövrün uşaqları üçün istirahət, yay tətili anlayışı smartfonlardan ibarətdir. Amma əvvəllər tamam başqa cür idi. Milli.Az xəbər verir ki, uşaqların yay tətili anlayışı adətən yay düşərgələrində keçirdi. Hazırkı düşərgələrin bir çoxu isə ödənişlidir. Valideynlər hesab edirlər ki, düşərgələr pulsuz olmalıdır. Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, məktəblilər yay tətili dövründə vaxtlarını səmərəli keçirmələri üçün ödənişsiz və ya rəmzi ödəniş əsasında fəaliyyət göstərən yay düşərgələrinin təşkili vacibdir: "Sağlam gələcək əldə etmək istəyiriksə, yay dövründə uşaqların vaxtının səmərəli istifadəsi ilə bağlı modelləri düşünməliyik". Təhsil eksperti Elçin Əfəndi bildirib ki, mövcud qanunvericilikdə şagirdlər üçün yay düşərgələrinin təşkili ilə bağlı xüsusi tələb və ya qayda nəzərdə tutulmayıb. Hazırda belə düşərgələr əsasən özəl məktəblərin maliyyə imkanları hesabına müxtəlif bölgələrdə təşkil olunur. Asya Milli.Az

Şərh verin