SSRİ Xalq artisti dünyasını dəyişdi - FOTO

SSRİ Xalq artisti Lyudmila Çursina dünyasını dəyişib. Milli.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkən sənətçi 84 yaşında vəfat edib. Qeyd edək ki, Lyudmila Çursina uzun illər ərzində teatr və kino sahəsində fəaliyyət göstərib, 100-dən çox film və tamaşada rol alıb. O, Virineya, Tutqun çay, Olesya və Lyubov Yarovaya, İnternlər, Qapalı məktəb və Marqoşa kimi ekran işlərindəki rolları ilə tamaşaçıların yaddaşında qalıb.