Rusiyada güclü zəlzələ oldu
Rusiyanın Kamçatka bölgəsində - Berinq adası akvatoriyasında 6 bal gücündə zəlzələ olub. Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Yeraltı təkanlar Petropavlovsk-Kamçatskdən 483 kilometr aralıda, Nikolskoye yaşayış məntəqəsinin yaxınlığında baş verib. Seysmik hadisənin episentri təxminən 28 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində dağıntı və itki qeydə alınmayıb.

Şərh verin