Əlverişsiz hava şəraiti Göygöldə fəsadlar törətdi — Fotolar
Qərb bölgəsində gecə saatlarından başlayan qeyri-sabit hava şəraiti Göygöl rayonunda da bir sıra fəsadlar törədib. “Qafqazinfo” xəbər verir ki, güclü külək nəticəsində aşan ağaclardan biri avtomobilin üzərinə düşüb. Bundan başqa, Səbuhi Hacıyev küçəsində evakuatorun üzərinə də ağac aşıb. Həmçinin bir neçə fərdi yaşayış evinə su dolub. Aidiyyəti qurumlar tərəfindən təmizlik və təhlükəsizlik tədbirləri görülür. Yunis Quliyev

Şərh verin