“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı
“Qarabağ” futbolçusu Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, P.Bikalyo 2029-cu ilin yayına qədər Ağdam klubunda çıxış edəcək. Qeyd edək ki, 2025-ci ildən “Qarabağ”ın formasını geyinən 24 yaşlı futbolçu 51 oyun keçirib və 1 qola imza atıb. Əlavə edək ki, ötən mövsüm ÇL-in oyunlarından sonra Bikalyoya Avropa və Braziliya klublarından maraq var idi. Onun yayda komandadan ayrıla biləcəyi ehtimalı da vardı. Lakin “Qarabağ” futbolçunu saxlaya bilib.

Şərh verin