TƏBİB-ə direktor müavini təyin edildi — Foto

“Yüksəliş” müsabiqəsinin finalçısı Bahadur Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub. Bu barədə “Qafqazinfo”ya TƏBİB-dən məlumat verilib. B.Rzayev daha əvvəl ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri və Agentliyin İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb. O, yeni təyinatdan əvvəl TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.