Ərdoğan Paşinyanı təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. “Regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olunması, eləcə də zəruri əməkdaşlığın təmin edilməsinə dair strateji baxışınızın uğurla reallaşacağına tam əminəm”, - deyə təbrikdə qeyd olunub.

Şərh verin