DÇ-2026-nı hansı kanallarında izləyə biləcəyik?

Futbol üzrə 2026-cı il dünya çempionatının bütün qarşılaşmaları Azərbaycan tamaşaçıları üçün canlı yayımlanacaq. Milli.Az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi mundialın 104 oyunundan 92-si İctimai Televiziyanın (İTV) efirində nümayiş olunacaq. Turnirin qrup mərhələsinin son turunda eyni vaxtda keçiriləcək 12 qarşılaşma isə CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Bununla da azarkeşlər dünya çempionatının bütün oyunlarını izləmək imkanı əldə edəcəklər.