Aysun İsmayılova: “Dost dediyin "cibindədir”"
Müğənni Aysun İsmayılova televiziya proqramında səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Milli.Az-ın məlumatına görə, ifaçı bildirib ki, həyatının çətin mərhələlərində bir çox insanın əsl simasını görüb. Onun sözlərinə görə, ağır günlərində yanında cəmi bir neçə nəfər olub və həmin insanlar zamanla dostdan daha çox ailə üzvünə çevriliblər. Aysun İsmayılova uzun illər dostluq etdiyi bəzi şəxslərin isə ən çox ehtiyac duyduğu dönəmdə ona dəstək vermədiyini vurğulayıb. Müğənni qeyd edib ki, bu hadisələrdən sonra insan münasibətlərinə baxışı dəyişib. Sənətçi həmçinin dostluğun qarşılıqlı münasibət üzərində qurulduğunu bildirib və insanların davranışına uyğun münasibət göstərdiyini deyib. Aysun İsmayılovanın səmimi etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onun fikirlərinə fərqli münasibət bildirərək mövzu ətrafında çoxsaylı şərhlər yazıblar. Musa

Şərh verin