"Zirə" millinin oyunçusunu transfer etdi

"Zirə" heyətini yeni futbolçuyla gücləndirib. Milli.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Paytaxt təmsilçisi Amin Seydiyevi heyətinə qatıb. Müdafiəçiylə 2 illik müqavilə imzalanıb. Qeyd edək ki, milli komandanın da üzvü olan Seydiyev daha əvvəl "Qəbələ" və "Sabah" klublarında çıxış edib. Milli.Az