Türkiyədə ata ondan pul istəyən oğlunu güllələyib öldürdü - Anbaan VİDEO
Türkiyənin Adana şəhərində baş verən ailə faciəsi böyük rezonans doğurub. Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, narkotik asılılığı olduğu bildirilən 23 yaşlı gənc atasından pul istəyib. Tələbi rədd edildikdən sonra tərəflər arasında mübahisə yaranıb. Gərginliyin artması nəticəsində gəncin əlindəki bıçaqla atasına hücum etdiyi bildirilir. Hadisə zamanı özünü müdafiə etməyə çalışan ata odlu silahdan istifadə edib. Açılan atəş nəticəsində gənc həyatını itirib. Sosial şəbəkələrdə yayılan görüntülərdə hadisədən sonra atanın oğlunun cansız bədəninin yanında gözlədiyi əks olunub. O, polis və təcili tibbi yardım əməkdaşları hadisə yerinə gələnədək ərazini tərk etməyib. Baş verən hadisə Türkiyə ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Faktla bağlı araşdırmalar davam etdirilir. Musa

Şərh verin