Ermənistanda zəlzələ — Naxçıvanda hiss olundu
Heydərabad stansiyasından 14 km şimal-şərqdə, Ermənistan ərazisində zəlzələ qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 09:57-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 təşkil edib. Yeraltı təkanların ocağı 3 kilometr dərinlikdə yerləşib. Qeyd olunub ki, zəlzələ Naxçıvanın Heydərabad rayonunda 3 bala qədər hiss olunub.

Şərh verin