Tovuzda yağışdan sonra keçidlərə su doldu — Video

Qərb bölgəsində ötən gecədən başlayaraq səhər saatlarına qədər fasilələrlə güclü yağıntı qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, leysan və şimşəklə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Tovuz rayonunun mərkəzində piyada keçidləri və küçələrə su dolub. Bununla belə, ciddi fəsadlar qeydə alınmayıb. Hazırda keçidlərin təmizlənməsi istiqamətində tədbirlər görülür. Bölgədə qeyri-sabit hava şəraiti davam edir. Yunis Quliyev