İyunun 12-si üçün hava proqnozu açıqlandı
İyunun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış ehtimalı var. Gündüz saatlarında isə mülayim şimal-qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi bildirilir. Havanın temperaturu gecə 18-22°, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70-75%, gündüz 45-50% olacaq. Rayonlarda isə bəzi yerlərdə arabir yağışlar gözlənilir, ayrı-ayrı ərazilərdə şimşək və dolu ehtimalı var. Xüsusilə dağlıq və dağətəyi bölgələrdə yağıntıların daha intensiv olacağı bildirilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman, qərb küləyinin isə arabir güclənməsi proqnozlaşdırılır. Havanın temperaturu rayonlarda gecə 17-21°, gündüz 29-34°, dağlıq ərazilərdə isə gecə 8-13°, gündüz 17-22° (bəzi yerlərdə 25-28°) isti olacaq.

Şərh verin