Nadir mutasiyalı alma mağazada görənləri təəccübləndirib
Yeni Zelandiyanın Kraystçörç şəhərində mağazada sərgilənən nadir alma yerli sakinlərin diqqətini çəkib. Milli.Az xəbər verir ki, meyvə iki rəngdən ibarətdir: bir tərəfi qırmızı, digər tərəfi sarıdır və sanki ortadan ikiyə bölünüb. Mütəxəssislər bunun "ximera" adlanan genetik mutasiya ilə bağlı olduğunu bildirirlər. Bu hal çox nadir rast gəlinir və iki fərqli hüceyrə xəttinin birləşməsi nəticəsində yaranır. Mağaza sahibi isə bildirib ki, alma artıq ziyarətçilər üçün maraqlı obyektə çevrilib. Asya

Şərh verin