11-ci sinif şagirdi qəfil vəfat etdi - FOTO
Beyləqanda məktəb şagirdi vəfat edib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Eyvazalılar kəndində baş verib. Belə ki, kənd sakini, Eyvazalılar kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Elvin Aslanlı ürək çatışmazlığından qəfil vəfat edib. Qeyd edək ki, Elvin Aslanlı 1 həftə sonra orta məktəbdən məzun olacaqdı. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Milli.Az

Şərh verin