Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
Rəqqasə Rəna Ağamuradovanın (Renka) səhhətində problem yaranıb. Milli.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. O, təcili tibbi yardıma müraciət etdiyini bildirib: "Səhər yenə ölürdüm. Danışa bilmirdim, ağzım söz tutmurdu. Hər şeyi yavaşladılmış formada görürdüm. Təcili yardıma getdim, mənə kofein vurdular. Çox pis idim, indi özümə gəldim, beynim açıldı". Milli.Az

Şərh verin