Hamının gözünün ekranlarda olduğu anlar — Fotolar

2026-cı il dünya çempionatının açılış mərasimi Mexikodakı “Asteka” Stadionunda baş tutub. “Qafqazinfo” xəbər verir ki, Dünya Kubokunun nəhəng surətinin yanında səhnədə çıxış edən musiqiçilər hər üç dəqiqədən bir dəyişirdilər. Turniri David Quetta, J Balvin, Megan Thee Stallion, Andrea Bocelli, “Mana” qrupu və digər ifaçılar açıblar. Meksikalı rəqqaslar öz çıxışları ilə Meksika tarixini və futbolun, o cümlədən Aztek İmperiyasının mənşəyini təsvir edirdilər.