Bakının 3 rayonunda qaz kəsiləcək
Sabah Sabunçu, Suraxanı və Səbail rayonlarının "MİDA" yaşayış komplekslərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Milli.Az-ın məlumatına görə, buna səbəb təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasıdı. Bununla əlaqədar iyunun 12-si saat 10:00-dan etibarən Sabunçu rayonunun G. Dmitrov, L. Tolstoy, D. Bünyadzadə, Ə. Qarayev, Deputat küçələrinin və Əlillər evinin, Suraxanı və Səbail rayonlarının "MİDA" yaşayış komplekslərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Milli.Az

Şərh verin