Azərbaycanın keçmiş səfiri vəfat etdi

Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib. “Qafqazinfo” “Aktual.ge”yə istinadən xəbər verir ki, Dursun Həsənov Bakıda yaşadığı evdə dünyasını dəyişib. Bildirilib ki, mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq. Qeyd edək ki, Dursun Həsənov 1993-cü ildən etibarən Azərbaycanın diplomatik nümayəndəliklərində fəaliyyət göstərib. O, 2017-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Allah rəhmət eləsin!