DÇ-2026: Cənubi Koreyadan Çexiyaya futbol dərsi
Dünya çempionatının A qrupunda növbəti maraqlı qarşılaşma baş tutub. Milli.Az xəbər verir ki, Cənubi Koreya və Çexiya milliləri arasında keçirilən oyunda Asiya təmsilçisi əzmkar qələbə qazanıb. Matç 2:1 hesabı ilə Cənubi Koreyanın xeyrinə yekunlaşıb. Oyunda hesabı ikinci hissənin əvvəlində Çexiya yığması açıb. Lakin üstünlüyünü uzun müddət qoruya bilməyən Avropa təmsilçisi rəqibin təzyiqi qarşısında geri çəkilməli olub. Cənubi Koreya komandası qısa müddətdə oyuna tarazlıq gətirərək hesabı bərabərləşdirib, daha sonra isə daha bir qol vuraraq matçın taleyini öz xeyrinə həll edib. Beləliklə, geridönüşə imza atan koreyalılar qrup mərhələsinə vacib qələbə ilə başlayıblar. Xatırladaq ki, A qrupunun digər görüşündə Meksika millisi CAR yığmasını 2:0 hesabı ilə məğlub etmişdi. Bu nəticələrdən sonra qrupda mübarizə daha da gərgin xarakter almağa başlayıb. Hüseyn

Şərh verin