Üç gün sonra məzun olacaqdı... — Foto

Bakıda məktəb şagirdi vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 10-da qeydə alınıb. Belə ki, Beyləqanın Eyvazalılar kənd sakini, F.Quliyev adına tam orta məktəbinin 11-ci sinif şagirdi Elvin Aslanlı ürək çatışmazlığından qəfil vəfat edib. Qeyd edək ki, Elvin Aslanlı iyunun 13-də orta məktəbdən məzun olacaqdı. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Ziya Əmirxanlı