Xaçmazda narkotik əkib-becərən və satan şəxslər saxlanılıb

Xaçmaz rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı iki nəfər saxlanılıb. Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupunun məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin yetişdirilməsində şübhəli bilinən 55 yaşlı Ənvər Ələskərov saxlanılıb. Onun yaşadığı həyətyanı sahəyə baxış zamanı xüsusi qulluq göstərilərək yetişdirilmiş 50 ədəd çətənə kolu və marixuana aşkarlanıb. Eyni istiqamətdə aparılan digər əməliyyat zamanı əvvəllər məhkum olunmuş 33 yaşlı Elman Abdulov da saxlanılıb. Onun üzərində və üzərindən götürülən maddələr arasında psixotrop tərkibli metamfetamin və heroin aşkar edilib. Aşkar olunan faktlarla bağlı cinayət işi açılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Asya