“Sabah” onun üçün 720 min ödədi

“Sabah”ın son transferi Eyden Makkartinin transferi üçün “Kayzer Çifs”ə ödədiyi məbləğ açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, “African Times” qəzeti Azərbaycan çempionunun cənubi afrikalı oyunçuya görə 7 000 000 rand (təxminən 720 000 manat) transfer məbləği ödədiyini yazıb. Qeyd edək ki, 22 yaşlı futbolçu “Kayzer Çifs”in yetirməsidir.