Bakıda 66 yaşlı kişi dənizdə boğularaq öldü

Şüvəlanda dənizdə çimən şəxs boğularaq ölüb. Milli.Az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü Şirzad Baba oğlu Əliyev dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.