Dursun Həsənov qəfildən vəfat etdi
Azərbaycan Respublikasının Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Ayvaz oğlu Həsənov vəfat edib. Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi məlumat yayıb. Qeyd edək ki, Dursun Həsənov uzun illər diplomatik fəaliyyətlə məşğul olub və ölkəmizin Gürcüstandakı səfiri vəzifəsində çalışıb. O, həmçinin Azərbaycanın sabiq xarici işlər nazirinin müavini Ramiz Həsənovun qardaşıdır.

Şərh verin