TƏBİB-in tabeliyində 4 xəstəxanada yoxlama aparılır

TƏBİB-in tabeliyində fəaliyyət göstərən bir neçə tibb müəssisəsində yoxlama tədbirləri həyata keçirilir. Milli.Az xəbər verir ki, qurumun yaydığı məlumata görə, hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanası, Nizami Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, eləcə də Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müvafiq araşdırma və nəzarət tədbirləri aparılır. Bildirilib ki, yoxlama prosesinin mərhələli şəkildə digər tabeli tibb müəssisələrini də əhatə etməsi planlaşdırılır. TƏBİB qeyd edib ki, tədbirlərin məqsədi müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi və xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsidir.