Azərbaycanda güclü zəlzələ oldu — Yenilənib

Azərbaycanda zəlzələ baş verib. “Qafqazinfo” xəbər verir ki, yeraltı təkanlar Qəbələ, İsmayıllı, Zaqatala və başqa bir neçə rayonda hiss olunub. *** Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanlar  saat 15:13-də, Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda qeydə alınıb. 5.1 maqnitudalı zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub. *** Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.