İlon Mask tarixə düşdü

Amerikalı sahibkar İlon Mask "SpeysX" şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) nəticəsində tarixdə ilk trilyonçu olub. Milli.Az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb. Məlumata görə, şirkət IPO çərçivəsində rekord 75 milyard dollar cəlb edəcəyini açıqlayıb. "SpeysX" iyunun 11-də birjada kütləvi yerləşdirmə ərəfəsində səhmlərin qiymətini və sayını açıqlayıb. Bildirilib ki, bir səhm 135 dollar olmaqla ümumilikdə 555 555 555 səhm satışa çıxarılıb. Şirkətin qiymətli kağızlarının iyunun 12-dən "Nasdaq" elektron birjasında "SPCX" indeksi altında ticarətə çıxarılacağı qeyd olunub.