Goranboyda marketdə kassadakı pulu ələ keçirən şəxs tutuldu
Goranboyda marketlərdən birində quldurluq hadisəsi qeydə alınıb. Milli.Az xəbər verir ki, naməlum maskalı şəxs satış obyektinə daxil olaraq satıcını kəsici alətlə hədələyib və kassadakı 410 manatı götürərək hadisə yerindən uzaqlaşıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Uğur Tağıyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, onun marketə daxil olması, pulu götürməsi və hadisə yerini tərk etməsi təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Şərh verin