Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO
Müğənni Aysun İsmayılova televiziya proqramında gözlənilməz hadisə ilə qarşılaşıb. Milli.Az xəbər verir ki, MTV-də yayımlanan veriliş zamanı studiyaya edilən canlı zəng maraqlı anların yaşanmasına səbəb olub. Zəng edən xanım özünü Elnarə kimi təqdim edərək Aysun İsmayılovanın doğma bacısı olduğunu iddia edib. Gözlənilməz açıqlama qarşısında müğənninin təəccübü diqqətdən yayınmayıb: "Mənim iki doğma bacım var. Aanamı yığın (gülür)". Onun reaksiyası həm studiyadakı qonaqların, həm də tamaşaçıların marağına səbəb olub. Canlı efirdə yaşanan bu anlar qısa müddətdə sosial şəbəkələrdə yayılıb və izləyicilər arasında müxtəlif müzakirələrə yol açıb. Sözügedən görüntülər proqramın ən çox diqqət çəkən məqamlarından biri kimi qiymətləndirilib. Musa

Şərh verin