Şəmkirdə qanlı hadisə: 26 yaşlı oğlan qətlə yetirildi

Şəmkir rayonunun ərazisində yerləşən kafelərdən birində qətl hadisəsi baş verib. Milli.Az apa -ya istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü S.Tağıyev ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Araşdırma zamanı məlum olub ki, hadisə S.Tağıyevlə həmyerlisi, 1998-ci il təvəllüdlü F.Həsənov arasında baş verən mübahisə zamanı qeydə alınıb. Mübahisə nəticəsində F.Həsənov S.Tağıyevi kəsici alətlə vurub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində F.Həsənov saxlanılaraq istintaqa təhvil verilib.