Türkiyədə müğənninin Ərdoğan üçün ifası diqqət çəkib - VİDEO

Türkiyədə keçirilən tədbirlərdən birində gənc müğənninin Rəcəb Tayyib Ərdoğan üçün səsləndirdiyi mahnı böyük maraq doğurub. Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə ifaçının çıxışı iştirakçıların diqqətini cəlb edib. Gənc sənətçinin səsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Kadrlarda Prezident Ərdoğanın ifanı diqqətlə dinlədiyi və reaksiyasının da izləyicilərin diqqətindən yayınmadığı görünür. Məhz bu məqamlar videonun qısa müddətdə geniş yayılmasına səbəb olub. Görüntülər sosial media platformalarında minlərlə baxış toplayıb. İstifadəçilər həm gənc müğənninin ifasını, həm də Prezidentin səmimi münasibətini yüksək qiymətləndirərək paylaşıma çoxsaylı bəyəni və şərhlər yazıblar. Maraqla qarşılanan videonu təqdim edirik: Hüseyn