Türkiyədə 10 illik cinayətin üstü açıldı: Rəqqasənin qatilləri tapıldı - VİDEO
Türkiyədə illərdir açılmamış qalan məşhur qətl işi ilə bağlı mühüm irəliləyiş əldə olunub. Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 2016-cı ildə İstanbulun Şişli rayonundakı evində öldürülən "Mezdeke" qrupunun rəqqasəsi Aynur Kanburin qətli ilə bağlı aparılan istintaq yenidən gündəmə gəlib. Məlumata görə, uzun müddət faili naməlum qalan cinayət işi hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində yenidən araşdırılıb. İstintaq zamanı əldə edilən yeni sübutlar, xüsusilə də silindiyi güman edilən mesajlaşmaların bərpası diqqəti başqa şəxslərə yönəldib. Araşdırmaların nəticəsində cinayəti törətməkdə şübhəli bilinən B.G. adlı şəxs və hadisənin təşkilində iştirak etdikləri ehtimal olunan daha iki nəfər saxlanılıb. Hadisə ilə bağlı istintaq tədbirlərinin davam etdiyi bildirilir. İllər sonra əldə edilən bu inkişaf Türkiyə ictimaiyyətində böyük maraq doğurub və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, Aynur Kanburun qətli uzun illər ölkədə ən çox müzakirə olunan açılmamış cinayət işlərindən biri kimi qalırdı. Hüseyn

Şərh verin