İki nəfər kanalda batıb
Beyləqan sakini su kanalında batıb. Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Yuxarı Qarabağ kanalının Beyləqan rayonu Eyvazalılar kəndi ərazisində keçən hissəsində qeydə alınıb. Kanalda batan şəxsin rayonun Mılabad kənd sakini, 1961-ci il təvəllüdlü Əhliman Sarıyev olduğu bildirilir. Hadisə yerinə FHN-in dalğıc xilasetmə qrupu cəlb edilib. Axtarış əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır. --------- Kürdəmirdə bir nəfər kanalda batıb. Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının Kürdəmir rayonu, Ərəb Qubalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub. Dalğıclar tərəfindən 1998-ci il təvəllüdlü Emil Həsənovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Milli.Az

Şərh verin