Lənkəranda şəlalədə faciə: Bir nəfər batıb - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonu, Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində vətəndaşın batması barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub. Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Quliyev Elvin Asif oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. ------------ Lənkəranda bir nəfər şəlalədə çimərkən batıb. Milli.Az apa -ya istinadən xəbər verir ki, Lənkəran rayonunun ucqar dağ kəndi olan Biləsərdə, Hirkan Milli Parkı ərazisində yerləşən Bum şəlaləsində bir nəfərin batdığı bildirilir. Dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda batan şəxsin sudan çıxarılması üçün tədbirlər görülür.

Şərh verin