DÇ-də iştirak üçün ABŞ vizası verilmədi
Fələstin Futbol Assosiasiyasının rəhbəri Cibril Racuba 2026-cı il dünya çempionatında iştirak etmək üçün ABŞ vizası verilməyib. “Qafqazinfo” xəbər verir ki, bu haqda “AP News” məlumat yayıb. O, ABŞ-yə giriş icazəsi verilməməsinə baxmayaraq, Meksika və Cənubi Afrika arasında keçiriləcək turnirin açılış matçı üçün Mexikoya təhlükəsiz şəkildə çata bildiyini söyləyib. “Futbol azarkeşlərinin matçlara gəlmək hüququndan məhrum edilməsini ədalətsizlik hesab edirəm”, - o bildirib.

Şərh verin