Kanada son anda məğlubiyyətdən xilas olur — Video-Yenilənib

Dünya çempionatının oyunları davam edir. “Qafqazinfo” xəbər verir ki, bu gün bir oyun baş tutacaq. Meydan sahiblərindən olan Kanada Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Sabah səhər saat 5-də isə daha bir meydan sahibi ABŞ meydana çıxacaq. Onlar Paraqvayla münasibətlərə aydınlıq gətirəcəklər. DÇ-2026 Birinci tur 12 iyun 23:00. Kanada – Bosniya və Herseqovina 13 iyun 05:00. ABŞ – Paraqvay *** Komandaların start heyətləri bəlli olub: Kanada: Maksim Krepo, Alistair Conston, Luk De Fuqerol, Derek Kornelius, Riçi Laryea, Tajon Byukenen, İsmael Kone, Stefen Estaquio, Liam Millar, Tani Oluvaseyi, Conatan Devid. Bosniya və Herseqovina: Nikola Vasil, Sead Kolaşinats, Tarik Muharemoviç, Nikola Katiç, Amar Dediç, Amar Memiç, İvan Başiç, Benjamin Tahiroviç, Esmir Bayraktareviç, Yovo Lukiç, Ermedin Demiroviç. *** Matç başladı. *** Bosniya və Herseqovina hesabı açır. Yovo Lukiç 21-ci dəqiqədə fərqlənir. *** Fasilə. *** İkinci hissə başladı. *** 79-cu dəqiqədə Kayl Larin hesabı bərabərləşdirir. *** Matç 1:1 hesablı bərabərliklə yekunlaşır.