DÇ-2026: ABŞ Paraqvayı darmadağın etdi
ABŞ millisi dünya çempionatının qrup mərhələsində ilk oyununda Paraqvayı 4:1 hesabı ilə məğlub edib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Los-Ancelesdə keçirilən görüşdə ABŞ-nin qollarını Folarin Baloqan (31, 45+5) və Giovanni Reyna (90+8) vurub. Daha bir qol paraqvaylı Damyan Bobadilyanın avtoqolu nəticəsində qeydə alınıb. Paraqvayın yeganə qoluna Maurisio imza atıb. D qrupunda yer alan komandaların növbəti oyunlarında ABŞ Avstraliya, Paraqvay isə Türkiyə ilə qarşılaşacaq. Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Turnirdə ilk dəfə 48 komanda iştirak edir.

Şərh verin