Dünya çempionatının hakiminin ingiliscəsi ələ salındı - VİDEO

2026-cı il futbol üzrə dünya çempionatının açılış matçında yaşanan maraqlı məqam sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Meksika və Cənubi Afrika yığmaları arasında keçirilən qarşılaşmanı idarə edən braziliyalı hakim Vilton Sampaio oyundakı qərarlarından çox danışıq tərzi ilə diqqət çəkib. Belə ki, hakimin futbolçularla ünsiyyət zamanı istifadə etdiyi ingilis dili sosial media istifadəçilərinin marağına səbəb olub. Bəzi izləyicilər hətta futbolçuların da hakimin dediklərini anlamaqda çətinlik çəkdiyini iddia ediblər. Görüntülər qısa müddətdə internetdə yayılıb və istifadəçilər tərəfindən çoxsaylı zarafatlar edilib. Hakimin ingilis dili ilə bağlı paylaşılan videolar və şərhlər matçın özündən daha çox diqqət çəkən mövzulardan birinə çevrilib. Sosial şəbəkələrdə yayılan kadrlara minlərlə baxış gəlib və hadisə futbol azarkeşləri arasında geniş müzakirə olunub. Hüseyn