Şuşada “Son zəng” keçirilib - FOTO
Şuşa şəhərində "Son zəng" keçirilib. Milli.Az Trend -ə istinadən bildirir ki, 13 iyunda Şuşa şəhər 1 nömrəli tam orta məktəbində keçirilən "Son zəng" tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul şəxsləri, şəhid ailələri, qazilər və müəllim-şagird kollektivi, valideynlər iştirak edib. Tədbirdə çıxış edənlər məzunları "Son zəng" münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayıblar. "Son zəng" tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.

Şərh verin