Hindistanda hərbi təyyarə qəzaya düşdü, 5 nəfər öldü — Video - Yenilənib
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. “Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, hadisə Corhat şəhərində təyyarə eniş etmək istərkən baş verib. Xəsarət alanların olub-olmaması ilə bağlı hələ məlumat yoxdur. Hazırda qəzanın səbəbləri araşdırılır. “NDTV” telekanalı isə təyyarənin aviabazanın ərazisində qəzaya düşdüyünü və yanğın qeydə alındığını bildirib. *** Qəza nəticəsində 5 hərbçi həlak olub. Təyyarənin ikinci pilotu isə yaralı halda xəstəxanaya çatdırılıb.

Şərh verin