Sezar Henrike "Şamaxı"nı tərk etdi, Ermənistan klubuna keçdi

Ötən həftə "Şamaxı"dan ayrılan Sezar Henrike Ermənistan klubuna keçib. Braziliyalı müdafiəçi "Alaşkert"lə müqavilə imzalayıb. Milli.Az unikal.az -a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm "Şamaxı"da 33 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.