Bakıda hava kəskin dəyişir - yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasının bəzi yerlərdə intensiv yağış yağacaq, şimşək çaxacaq İyunun 14-dən 15-nə keçən gecə və səhər Bakıda və Abşeron yarımadasının bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Milli.Az