Rusiya ordusu Kiyevi dron və raketlərlə vurdu
Ukraynanın paytaxtı Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub. Milli.Az APA -ya istinadən bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, Kiyevdə partlayış səsləri eşidilib, hava hücumundan müdafiə qüvvələri aktiv fəaliyyət göstərir. İntensiv hava hücumları nəticəsində şəhərin bəzi yerlərində yanğın baş verib, dağıntılar var. Kliçko paytaxtın şimal hissəsində elektrik xətlərinin zədələndiyini və 140 min abonentin elektrik enerjisiz qaldığını deyib. Raket hücumu nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. İnsanlara sığınacaqlarda qalmaq tövsiyə olunur.

Şərh verin