Dünya çempionatı: Fil Dişi Sahili və İsveç qalib gəldi

Futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib. Milli.Az Trend -ə istinadən bildirir ki,  E qrupunda Fil Dişi Sahili - Ekvador komandaları qarşılaşıblar. Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Matçın ikinci hissəsində Fildişi Sahili əsas vaxtın son dəqiqələrində hesabı açıb - 1:0. Fildişi Sahili seçməsi iyunun 20-də Almaniya millisi, 3-cü turda isə Kurasao yığması ilə qarşılaşacaq. İsveç futbol millisi dünya çempionatının qrup mərhələsinin açılış oyununda Tunisi 5-1 hesabı ilə məğlub edib. Görüş Meksikada baş tutub. Qalib komandanın heyətində Yasin Ayari 7-ci və matça əlavə olunmuş 2-ci dəqiqələrdə fərqlənərək dubl edib. Digər qolları isə Aleksander İsak (30), Viktor Dyökereş (59) və Mattias Svanberq (86) vurublar. Məğlub komandanın yeganə qolunun müəllifi 43-cü dəqiqədə Omar Rekik olub. Qrupun digər oyununda Niderland və Yaponiya 2-2 hesablı heç-heçə etdikdən sonra İsveç F qrupunda birinci yerə yüksəlib.