“Şamaxı”nın futbolçusu Ermənistan klubuna keçdi - FOTO
Ermənistanın "Alaşkert" futbol klubu braziliyalı mərkəz müdafiəçisi Sezar ilə müqavilə imzalayıb. Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu haqda Ermənistan KİV məlumat yayıb. Belə ki, 26 yaşlı futbolçu İrəvan klubunun yay transfer pəncərəsində son imzaladığıdır. Qeyd edək ki, Sezarın son klubu "Şamaxı" olub.

Şərh verin