Bakıda qayınatanın gəlinə bahalı hədiyyəsi diqqət çəkdi - VİDEO
Bakıda keçirilən nişan mərasimlərindən birində yaşanan maraqlı hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Milli.Az xəbər verir ki, yayılan görüntülərdə bəyin atasının gəlinə təqdim etdiyi hədiyyə iştirakçıların və izləyicilərin diqqətini cəlb edib. Belə ki, qayınata nişan mərasimində gəlinə son model iPhone 17 Pro Max hədiyyə edib. Hədiyyənin təqdim olunduğu anlar qonaqlar tərəfindən maraqla qarşılanıb. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq çoxsaylı baxış toplayıb. İstifadəçilər paylaşım altında müxtəlif rəylər yazıblar. Bəziləri bu addımı səxavətli jest kimi qiymətləndirib, digərləri isə nişan mərasimlərində bahalı hədiyyələrin artıq adi hala çevrildiyini qeyd ediblər. Musa

Şərh verin